Bazar
Apr 05

Əraqçı: "İrana hücumlara reaksiyanın olmaması BAEA-ya inamı sarsıdır"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İranın xarici işlər naziri Abbas Əraqçı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossinin İrandakı nüvə obyektlərinə hücumlara lazımi reaksiya verməməsinin təşkilata inamı sarsıtdığını bildirib.

King.Az bu barədə TASS-a istinadən xəbər verir.

A.Əraqçı ABŞ və İsrailin, xüsusilə Buşəhr atom elektrik stansiyasına qarşı davam edən hücumlarını qanunsuz adlandırıb və bunun insan sağlamlığı, ətraf mühit üçün ciddi risklər yaratdığını, həmçinin radioaktiv çirklənmə ehtimalını artırdığını qeyd edib.

O, BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib ki, BMT Təhlükəsizlik Şurası və BAEA İdarəçilər Şurası bu cür hücumların qarşısını almaq üçün yetərli tədbir görməyib.

Nazirin sözlərinə görə, R.Qrossi 2026-cı ilin martında verdiyi müsahibədə İranın nüvə proqramına dair məxfi məlumatları açıqlayıb və bu da həmin obyektlərə qarşı yeni hücumlara zəmin yarada bilər.

A.Əraqçı hesab edir ki, bu addımlar BAEA-nın qərəzsizliyinə və zəmanət mexanizmlərinə olan etimadı ciddi şəkildə zəiflədib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.