ABŞ-də bir qallon (təxminən 3.7 litr) benzinin orta qiyməti 4 dolları keçib. Bu, 2022-ci ilin avqust ayından bəri rekord həddir.
King.Az xəbər verir ki,bu barədə yanacaq qiymətlərinin dinamikasını izləyən "GasBuddy" portalı məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin şərq sahili vaxtı ilə saat 20:45-ə (Bakı vaxtı ilə çərşənbə axşamı 04:45 - red.) olan məlumata əsasən, "Regular" markalı benzinin bir qallonu 4.01 dollara bərabərdir. Yanacağın ən baha satıldığı ərazi isə Kaliforniya ştatıdır, belə ki, burada alıcılar bir qallon benzin üçün 5.86 dollar ödəməlidirlər.
Oxşar Mövzular

Gündəlik Bürclər-(20.11.2025)
20-11-2025, 00:00Joe Dassin - Salut (Audio)
18-10-2024, 22:07