Bazar ertəsi
Mar 30

ABŞ-nin İrana qarşı quru əməliyyatının təxmini başlanma vaxtı AÇIQLANDI

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ-nin İranda quru əməliyyatına aprelin ilk günlərində başlaya biləcəyi iddia olunur.

King.Az xəbər verir ki, bu barədə "i24 News" mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, yaxın həftənin əvvəlinədək genişmiqyaslı əməliyyat üçün kifayət qədər qüvvə toplanacaq. ABŞ-nin regiona quru qoşunları göndərərək İranda hərbi əməliyyatın həyata keçirilməsi imkanlarını təmin edəcəyi gözlənilir.

Mənbənin sözlərinə görə, yekun qərar ABŞ Prezidenti Donald Tramp tərəfindən veriləcək. Eyni zamanda administrasiyanın həm hərbi, həm də diplomatik variantları nəzərdən keçirdiyi qeyd olunur.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.