"RM Sotheby's" hərrac evi nadir "Ferrari Enzo" modelini satışa çıxarmağa hazırlaşır.
King.Az auto.ru-ya istinadən xəbər verir ki, avtomobilin yürüşü 19 min km-dən çox olsa da, onun üçün 4.9-5.3 milyon avro (təxminən altı milyon dollar) əldə olunacağı gözlənilir.
Bildirilir ki, bu avtomobil ban yeri xüsusi "Argento Nurburgring" rəngində olan cəmi doqquz "Enzo" modelindən biridir. Üstəlik, yalnız beş belə avtomobildə gümüşü kuzov qırmızı dəri salonla birləşdirilib.
Avtomobil 2004-cü ildən sonra 15 il ərzində britaniyalı kolleksiyaçıya məxsus olub, daha sonra İsveçrədə saxlanılıb və hazırda yenidən Böyük Britaniyaya qaytarılıb.
Qeyd olunur ki, yüksək yürüşə baxmayaraq, avtomobil əla vəziyyətdədir və "Ferrari Classiche" orijinallıq sertifikatına malikdir. 660 at gücündə altılitrlik mühərriklə təchiz olunan model 0-dan 100 km/saatadək təxminən 3.65 saniyəyə sürətlənə bilir.
Bununla belə, bu "Ferrari Enzo" üçün ən yüksək qiymət deyil. Cari ilin əvvəlində cəmi 1 000 km-dən bir qədər artıq yürüşü olan analoji model ABŞ-də 17.8 milyon dollara satılıb.
Oxşar Mövzular

Tehran zərbələr altında: Hərbi obyektlər vuruldu, işıqlar söndü
30-03-2026, 13:22Rusiyanın neft-qaz gəlirləri xeyli azalıb
10-09-2025, 12:34Daha bir azərbaycanlı hakim FIFA-da birinci kateqoriyaya yüksəldi
23-12-2024, 12:56