Şənbə
Mar 28

Türkiyə-Azərbaycan Birgə Media Platforması üzrə Anlaşma Memorandumu imzalandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi (STRATCOM 2026) çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi arasında Anlaşma Memorandum imzalanıb.

King.Az xəbər verir ki, sənədi Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran və Medianın İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Əhməd İsmayılov imzalayıblar.

Memorandum çərçivəsində Türkiyə-Azərbaycan Birgə Media Platforması daxilində Birgə İşçi Komissiya və daimi komitələrin yaradılması nəzərdə tutulur.

Sənəd rəqəmsal və sosial media, audiovizual media, strateji kommunikasiya və böhran idarəçiliyi sahələrində iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini hədəfləyir.

Qeyd edək ki, platforma 2020-ci il dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı imzalanmış razılaşma əsasında yaradılıb.

Platformanın məqsədi media sahəsində inteqrasiyanı gücləndirmək, ictimaiyyətin düzgün məlumatlandırılmasını təmin etmək və dezinformasiyaya qarşı birgə mübarizə aparmaqdır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.