Şənbə
Mar 28

Starmer: "Böyük Britaniya İrana qarşı müharibəyə qoşulmayacaq"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Böyük Britaniya İrana qarşı müharibəyə qoşulmaqdan imtina edir".

King.Az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kir Starmer "Sky News" telekanalına müsahibəsində bildirib.

Siyasətçi qeyd edib ki, bu məsələ ilə bağlı ABŞ Prezidenti Donald Trampla ciddi fikir ayrılıqları var.

Baş nazir vurğulayıb ki, London Tehranla birbaşa hərbi münaqişəyə girməyi planlaşdırmır.

"Biz bu təzyiqə boyun əyməyəcəyik və ölkəmizin milli maraqları çərçivəsində hərəkət edəcəyik", - deyə K.Starmer bildirib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.