Cümə
Mar 27

Yeni Qvineyada güclü zəlzələ oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Sakit okeanın Yeni Qvineya adası sahillərində 5.9 maqnitudalı zəlzələ baş verib.

King.Az TASS-a istinadla xəbər verir ki, bununla bağlı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, zəlzələnin episentri İndoneziyaya məxsus Cayapura şəhərindən 174 kilometr şimal-qərb istiqamətində, təkanların ocağı isə 63 kilometr dərinlikdə yerləşib.

İndiyədək hər hansı dağıntı və ya insan itkisi barədə məlumat daxil olmayıb. Həmçinin, sunami təhlükəsi elan edilməyib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.