Çərşənbə
Mar 25

İraq ABŞ və İran diplomatlarına etiraz notaları verib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İraq Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin müvəqqəti işlər vəkili Coşua Harrisə və Bağdaddakı İran səfiri Məhəmməd əs-Sadekə etiraz notası təqdim edib.

King.Az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, buna səbəb İraq kürdlərinin mövqelərinə endirilən zərbələr olub.

Bildirilib ki, XİN bu cür təcavüz aktları ilə bağlı BMT Təhlükəsizlik Şurasına da şikayət göndərməyi planlaşdırır.

Qeyd olunur ki, etiraz notalarının təqdim edilməsinə səbəb Ənbar vilayətində Xalq Səfərbərlik Qüvvələrinin qərargahına, həmçinin Ərbildə kürd peşmərgə qüvvələrinin qərargahına endirilən zərbələr olub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.