İraq Kərkük-Ceyhan boru kəməri ilə neft ixracını bərpa edib.
King.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə dövlətə məxsus Şimali Neft Şirkətindən məlumat verilib.
"Türkiyənin Ceyhan limanı vasitəsilə neft ixracı başlayıb", - deyə şirkətdən bildirilib.
Xatırladaq ki, martın 3-də bildirildiyinə görə, İraq Kürdüstanı bölgəsində hasil edilən neftin Türkiyənin Ceyhan limanı vasitəsilə ixracı müvəqqəti olaraq dayandırılmışdı. İxracın dayandırılması qərarı bir neçə neft şirkətinin bölgədəki bir neçə yataqda əməliyyatlarını dayandırmasından sonra verilmişdi.
Oxşar Mövzular

MC B.U.S & Anel Onur - Vesvese 2026 (Official Music Video)
13-04-2026, 13:50Braziliyalı hücumçu "Qarabağ"da oynamağa razılıq verdi
4-08-2025, 15:36