Çərşənbə
Mar 18

İsrail SEPAH-ın təhlükəsizlik qüvvələrinin qərargahını vurdu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İranın raket qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik qüvvələrinin qərargahına zərbə endirib.

King.Az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (SAXAL) bu barədə çərşənbə günü məlumat verib.

Əməliyyat zamanı Daxili Təhlükəsizlik Qüvvələrinin texniki xidmət mərkəzi də məhv edilib. Bundan əlavə, bildirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin İran üzərində hava üstünlüyünü genişləndirmək məqsədilə silsilə zərbələri zamanı bir neçə İran hava hücumundan müdafiə sisteminə zərbə endirilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.