Çərşənbə axşamı
Mar 17

Çində 2000 illik spirtli içki aşkarlandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Çinin Henan əyalətində arxeoloji qazıntılar zamanı tapılan bürünc qabın daxilində 2 000 illik tarixi olan spirtli içki aşkar edilib.

King.Az xəbər verir ki, bu barədə "Journal of Archaeological Science: Reports" jurnalı məlumat yayıb.

Pekin Elm və Texnologiya Universitetinin əməkdaşı Vey Şuinin rəhbərlik etdiyi tədqiqat qrupu qabın tərkibini müəyyən etmək üçün müasir kimyəvi analiz metodlarından (qaz və maye xromatoqrafiyası) istifadə ediblər. Əldə olunan nəticələr hazırda Şərqi Asiyada geniş yayılan beş növ müasir içki, o cümlədən "huansyu" ilə müqayisə olunub.

Kimyəvi analizlər qabda spirtli içkilərə xas olan xüsusi turşuların mövcudluğunu üzə çıxarıb. Tədqiqatçılar bu qədim içkinin darı və digər dənli bitkilərdən hazırlandığı qənaətinə gəliblər. Ehtimal olunur ki, içkinin dadını və ətrini yaxşılaşdırmaq üçün ona meyvə spirti də əlavə edilib. Bu iddia mikroskopik müayinələr nəticəsində təsdiqini tapıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.