İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bölgədə yerləşən ABŞ-yə məxsus dörd hərbi bazaya eyni vaxtda raket zərbələri endirildiyini açıqlayıb.
King.Az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH qərargahının yaydığı press-relizdə bildirilib.
Məlumata görə, zərbələr Küveytdə yerləşən "Əli əs-Səlim" və "Əl-Ədiri" aviabazalarına, BƏƏ-dəki "Əd-Dafra" bazasına və Bəhreyndəki "Şeyx-İsa" hərbi bazasına endirilib. Hücum zamanı zərbə pilotsuz uçuş aparatlarından, müxtəlif tipli ballistik raketlərdən və təkmilləşdirilmiş döyüş başlıqları ilə təchiz olunmuş qanadlı raketlərdən istifadə edildiyi bildirilib.
Press-relizdə həmçinin iddia olunur ki, son günlər ərzində İran silahlı qüvvələri ABŞ hərbi bazalarındakı strateji radarların və digər mühüm obyektlərin 80 faizdən çoxunu məhv edib.
Oxşar Mövzular
Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin doğum günüdür
24-06-2025, 13:36İran ABŞ-dən necə qisas ala bilər? - Məşhur nəşr yazdı
24-06-2025, 13:19