Şənbə
Mar 14

Norveçdə ABŞ səfirliyi yaxınlığındakı partlayışdan sonra ana və üç oğlu saxlanılıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Norveçin paytaxtı Osloda, ABŞ səfirliyi yaxınlığında baş verən partlayış işi üzrə ana və onun üç oğlu saxlanılıb.

King.Az xəbər verir ki, bu barədə Norveçin NRK teleradio şirkəti məlumat yayıb.

Prokurorluq saxlanılan şəxslərə partlayışla bağlı terrorçuluq ittihamı irəli sürüb və onların dörd həftə müddətinə həbsdə saxlanılmasını tələb edib.

Bildirilir ki, qardaşların ən kiçiyi diplomatik nümayəndəliyin binası yaxınlığında partlayıcı qurğunu yerləşdirdiyini etiraf edib. Digər saxlanılan şəxslər isə günahlarını etiraf etmirlər.

Prokurorluğun nümayəndəsi Kristian Hatlo bildirib ki, istintaq çərçivəsində yeni saxlanılmaların da ola biləcəyi istisna edilmir.

Bundan əvvəl Norveç polisi Osloda ABŞ səfirliyi yaxınlığındakı partlayışın təşkilində şübhəli bilinən iraqəsilli üç qardaşın saxlanıldığını açıqlamışdı. Hadisə martın 7-də, axşam saatlarında baş verib və səfirliyin binasının giriş hissəsinə ziyan dəyib, lakin xəsarət alan olmayıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.