Türk tarixşünaslığının tanınmış simalarından biri, akademik və yazıçı professor İlber Ortaylının dəfn tarixi açıqlanıb.
King.Az "Türkiye gazetesi"nə istinadla xəbər verir ki, İlber Ortaylı ilə vida mərasimi martın 16-da uzun illər çalışdığı Qalatasaray Universitetində keçiriləcək.
Bu mərasimdən sonra Ortaylının nəşi Fatih məscidinə aparılacaq və məscidin qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, professor İlber Ortaylı martın 13-də 78 yaşında vəfat edib.
Oxşar Mövzular
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur
26-06-2025, 00:00
Bağırsaq xərçəngi riskini artıran böyük təhlükə
3-03-2026, 13:45
