"ABŞ ordusu Birləşmiş Ştatlara qarşı hərbi əməliyyatlarda İrana kömək edən istənilən tərəfə sərt cavab verəcək".
King.Az-ın "The Hill"ə istinadən verdiyi məlumata görə, bunu NATO-nun Avropadakı Ali Müttəfiq Qüvvələrinin komandanı, amerikalı general Aleksus Qrinkeviç bildirib.
"Kimsə ABŞ hərbçilərini hər hansı bir formada təhlükəyə atırsa, biz buna qətiyyətlə cavab verməliyik. İnanıram ki, iranlıların ABŞ qüvvələrinə hücumuna kömək edən hər kəsə cavabımız qətiyyətli olacaq", - deyə o, Senatın Silahlı Qüvvələr Komitəsinin dinləmələri zamanı bildirib.
O, həmçinin qeyd edib ki, Avropa ölkələrinin böyük əksəriyyəti İrana qarşı əməliyyatlarda ABŞ-yə aktiv hərbi dəstək verir.
Oxşar Mövzular
Kahramanmaraşda 4 bal gücündə zəlzələ baş verib
24-08-2025, 14:48Gündəlik Bürclər-(01.11.2024)
1-11-2024, 00:06