Cümə
Mar 13

ABŞ-dən GÖZLƏNİLMƏZ QƏRAR: Rusiya neftinin satışına icazə verdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ gəmilərə martın 12-ə qədər yüklənmiş Rusiya neft və neft məhsullarının satışına tətbiq etdiyi sanksiyaları müvəqqəti olaraq ləğv edib.

King.Az-ın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi tərəfindən verilən ümumi lisenziyada qeyd olunub.

Bildirilib ki, qərar aprelin 11-ə kimi qüvvədədir.

Məlumata görə bu, İrana və ya İran mənşəli mal və xidmətlərlə əlaqəli əməliyyatlara, fəaliyyətlərə şamil edilmir.

ABŞ-nin maliyyə naziri Skott Bessent bu lisenziyanı qlobal enerji bazarlarında sabitliyi gücləndirmək üçün atılan addımlardan biri kimi qiymətləndirib. Onun sözlərinə görə, bu addım mövcud tədarükün qlobal əhatə dairəsini artıracaq.

"Bu dar çərçivədə hazırlanmış, qısamüddətli tədbir yalnız artıq tranzitdə olan xam neftə aiddir və enerji gəlirlərinin böyük hissəsini istehsal yerində tutulan vergilərdən əldə edən Rusiya hökumətinə əhəmiyyətli maliyyə faydası verməyəcək", - deyə nazir açıqlamasında qeyd edib.

Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kirill Dmitriyev bildirib ki, ABŞ məhdudiyyətlərinin qaldırılması tranzitdə olan 100 milyon barel Rusiya neftinə təsir göstərəcək.

Qeyd edək ki, Yaxın Şərqdəki müharibə və Hörmüz boğazından keçən gəmilərin hərəkətinin məhdudlaşdırılması neft tədarükündə fasilələrə və yanacaq qiymətlərinin kəskin artmasına səbəb olub. Nəticədə ötən həftə ABŞ Hindistana Rusiya neftini almağa icazə verib.

"Reuters" agentliyinin məlumatına görə, bu lisenziya 30 gün müddətində qüvvədə olacaq.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.