Şənbə
Mar 07

ABŞ İsraillə 150 milyon dollarlıq müqavilə imzalayıb: 12 min aviabomba satılacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Dövlət Departamenti İsrailə 150 milyon dollara 12 000 ədəd 450 kiloqramlıq hava aviabombasının satışını təsdiqləyib.

King.Az-ın məlumatına görə, bu barədə Dövlət Departamentin açıqlamasında bildirilib.

Müqaviləyə, həmçinin ABŞ podratçılarının mühəndislik, logistika və texniki xidmətləri də daxildir.

Sənəddə vurğulanır ki, dövlət katibi Marko Rubio ABŞ-nin milli təhlükəsizlik maraqlarına uyğun olaraq, müqavilədə yer alan müdafiə məhsulları və xidmətlərinin İsrail hökumətinə dərhal satılmasını tələb edən fövqəladə vəziyyətin mövcudluğunu müəyyən edib və onu ətraflı əsaslandırıb".

Xəbərə görə, sözügedən sursatların bir hissəsi ABŞ-nin mövcud ehtiyatlarından göndəriləcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.