Şənbə
Mar 07

Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi TƏXLİYƏ EDİLDİ

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edilib.

King.Az "Report"a istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycanın Təbriz şəhərindəki baş konsulluğu heyətinin təxliyəsi isə tam başa çatıb.

Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Tehrandakı Azərbaycan səfirliyi, Təbrizdəki Baş konsulluğun İrandan evakuasiya edilməsi barədə tapşırıqlar verdiyini bildirmişdi.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.