İtaliya Tehrandakı səfirliyini müvəqqəti bağlayıb, diplomatik missiya fəaliyyətini Bakıdan davam etdirəcək.
King.Az xəbər verir ki, bununla bağlı İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani "X" hesabında paylaşım edib.
"Təhlükəsizlik məqsədilə İtaliyanın Tehrandakı səfirliyini bağladıq. İtaliyanın İrandakı səfirinin rəhbərliyi ilə təxminən 50 həmvətənimiz artıq Azərbaycanla sərhədi keçib. İranda qalan italyanların və milli maraqlarımızın müdafiəsi üçün Tehranla diplomatik münasibətləri saxlamağa davam edəcəyik. Səfirlik isə fəaliyyətinə Bakıdan davam edəcək", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, ötən gün İtaliyanın İrandakı səfiri Paola Amadei və diplomatik nümayəndəliyin əməkdaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunublar.
Oxşar Mövzular
Kivanın qətlində təqsirləndirilən Əmirxanyanın əmlakına həbs qoyuldu
22-09-2025, 16:50