Cümə
Mar 06

Bəhreyn XİN İranın Azərbaycana dron hücumlarını qətiyyətlə pisləyib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Bəhreyn Xarici İşlər Nazirliyi (XİN) İranın Azərbaycan və Türkiyəyə qarşı hücumlarını qətiyyətlə pisləyib.

King.Az xəbər verir ki, bu barədə Bəhreyn XİN-in bəyanatında bildirilir.

"Bəhreyn Xarici İşlər Nazirliyi İranın qardaş Türkiyə və Azərbaycana qarşı hücumlarını qətiyyətlə pisləyir və qəbulolunmaz hesab edir. Bu hərəkətlər mehriban qonşuluq prinsiplərinin, beynəlxalq hüquq və normaların kobud şəkildə pozulması, habelə regionun təhlükəsizliyi və sabitliyini təhdid edən təhlükəli eskalasiyadır", - deyə məlumatda qeyd olunub.

Bəhreyn XİN Türkiyə və Azərbaycanla tam həmrəy olduğunu təsdiqləyib, bu ölkələrin öz suverenliyini qorumaq, təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etmək üçün həyata keçirdiyi tədbirlərə dəstəyini ifadə edib.

Nazirlik, həmçinin regional təhlükəsizliyi və sabitliyi sarsıdan "bu əsassız və təxribatçı təcavüz aktlarını" dayandırmağa çağırıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.