Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Naxçıvan Muxtar Respublikasında pilotsuz uçuş aparatları ilə həyata keçirilən və nəticədə bir neçə mülki şəxsin xəsarət almasına səbəb olan hücumu pisləyib.
King.Az 1tv.ge-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN-in yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, beynəlxalq hüququn prinsip və normalarını kobud şəkildə pozan, həmçinin regionda vəziyyətin gərginləşməsinə yönəlmiş istənilən hərəkətlər yolverilməzdir.
"Gürcüstan və Azərbaycan arasında mövcud olan möhkəm dostluq və strateji tərəfdaşlıq münasibətlərini nəzərə alaraq, Gürcüstan bu çətin vəziyyətdə qardaş Azərbaycanla həmrəyliyini ifadə edir", - deyə bəyanatda vurğulanıb.