Cümə axşamı
Mar 05

İsveçdə vətəndaşlara müharibə vəziyyətində evdə nağd pul saxlamaq tövsiyə edildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İsveçin Mərkəzi Bankı - "Riksbank" müharibə və digər böhran halları üçün vətəndaşlara tövsiyələr verib.

King.Az bankın saytına istinadən xəbər verir ki, xüsusilə, hər bir yetkin şəxs üçün evdə 1 000 İsveç kronu (təxminən 110 ABŞ dolları) saxlanılması tövsiyə olunub.

Bankın bəyanatında bildirilir ki, bu məbləğ təxmini hesablanıb və bir həftəlik həyati vacib alışlar üçün nəzərdə tutulub.

Digər tövsiyələr arasında müxtəlif banklara və ödəniş sistemlərinə aid kartlara sahib olmaq, kartlar işləmədiyi halda istifadə üçün mobil ödəniş xidmətlərini aktivləşdirmək, yalnız smartfonla deyil, fiziki kart və PIN-kod vasitəsilə də ödəniş edə bilmək üçün kartları və PIN-kodları əl altında saxlamaq da yer alıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.