Şəkər xərçəng xəstəliyinin ən azı 13 növünün yaranma riskini artırır.
King.Az xəbər verir ki, bu barədə rusiyalı onkoloq Vladimir İvaşkov "YouTube" kanalında danışıb.
Həkim şirniyyat sevərlərə xəbərdarlıq edib. O izah edib ki, rasionda şəkərin çox olması orqanizmdə xroniki iltihaba səbəb olur. Bunun nəticəsində xərçəng hüceyrələrinin inkişafı üçün əlverişli mühit yaranır.
"Onlar böyümək və yayılmaq üçün iltihab siqnallarından istifadə edirlər", - deyə onkoloq bildirib.
Bundan əlavə, İvaşkov şəkəri piylənmə epidemiyasının əsas səbəbi adlandırıb. Bu xəstəlik nəticəsində ən azı 13 xərçəng növünün yaranma riski artır.
"ABŞ-də bütün onkoloji diaqnozların 40 faizi artıq çəki ilə bağlıdır. Bu, nəhəng rəqəmdir", - deyə Vladimir İvaşkov vurğulayıb.
Oxşar Mövzular
