Kamçatkada 5.5 bal gücündə zəlzələ baş verib.
King.Az xəbər verir ki, bu barədə TASS-a Petropavlovsk seysmik stansiyasından məlumat verilib.
"Seysmik hadisənin maqnitudası 5.5 olub, episentri Petropavlovsk-Kamçatskdan 242 km aralıda olub. Zəlzələnin ocağı 67 km dərinlikdə yerləşib", - deyə stansiyadan bildirilib.
Sunami xəbərdarlığı verilməyib. Xəbərə görə, sakinlərdən bölgənin Təcili Dispetçer Xidmətinə heç bir zəng daxil olmayıb.
Oxşar Mövzular

Trampdan İrana sərt mesaj: "Daha ağır zərbələr endirəcəyik"
8-05-2026, 12:23
Gündəlik Bürclər-(25.09.2025)
25-09-2025, 00:00