Çərşənbə axşamı
Mar 03

ABŞ-dən vətəndaşlarına təcili çağırış: "Yaxın Şərqi dərhal tərk edin"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Dövlət Departamenti regionda gərginliyin artması ilə əlaqədar ölkə vətəndaşlarına Yaxın Şərqin 10-dan çox ölkəsini dərhal tərk etməyi tövsiyə edib.

King.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun konsulluq məsələləri üzrə köməkçisi Mora Namdar "X" sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, ABŞ Dövlət Departamenti və Marko Rubio vətəndaşları təhlükəsizlik riskləri ilə əlaqədar siyahıda göstərilən ölkələri mövcud kommersiya nəqliyyat vasitələrindən istifadə etməklə dərhal tərk etməyə çağırır.

Siyahıya Bəhreyn, Misir, İran, İraq, İsrail, Qəzza sektoru, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ və Yəmən daxildir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.