Cümə
Fev 27

ABŞ "Sinaloa" narkokartelinin başçılarına dair informasiyaya görə pul mükafatı təyin etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Dövlət Departamenti 10 milyon dollar məbləğində pul mükafatı elan edib. Mükafat Meksikanın "Sinaloa" narkokartelinin liderlərindən olan Reni Arstate Qarsiya ("Qurbağa" ləqəbli) və onun qardaşı Alfonso Arstate Qarsiyanın ("Axilles" ləqəbli) tutulmasına gətirib çıxaracaq məlumat üçün nəzərdə tutulub.

King.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında yayılan bəyanatda bildirilib.

ABŞ Dövlət Departamentinin açıqlamasına əsasən, qardaşlar təxminən 15 ildir cinayətkar təşkilatın bölmələrindən birinin rəhbəridirlər və narkotik vasitələrin, o cümlədən fentanilin ABŞ-yə qaçaqmalçılığına nəzarət edirlər.

2014-cü ildə ABŞ hakimiyyəti onlara qarşı qiyabi ittiham irəli sürüb. 2023-cü ildə isə ABŞ Maliyyə Nazirliyi qardaşları narkotik ticarətinə görə sanksiya siyahısına daxil edib.

Reni Arstate Qarsiya xarici terror təşkilatının fəaliyyətinə dəstək verməkdə, metamfetamin, kokain, fentanil və marixuananın qaçaqmalçılığında, eləcə də "çirkli pullar"ın yuyulmasında ittiham olunur.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.