Cümə
Fev 27

Cənubi Koreyada seriyalı qatil olan gənc qız gözəlliyinə görə qısa zamanda məşhurlaşdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Cənubi Koreyada iki gənc oğlanı öldürməkdə təqsirləndirilərək həbs edilən 20 yaşlı qadın sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

King.Az bildirir ki, bu barədə "Mothership" nəşri məlumat yayıb.

Məlumata görə, Kim soyadı ilə tanınan qadın fevralın 19-da saxlanılıb. İddialara əsasən, o, 2025-ci ilin dekabrından 2026-cı ilin fevralınadək üç kişinin içkisinə sakitləşdirici dərman qarışığı əlavə edib. Birinci zərərçəkmiş iki gün komada qalsa da, sağ qalıb. Digər iki nəfərin isə həyatını xilas etmək mümkün olmayıb.

Polis həbs olunan şəxsin tam kimliyini açıqlamasa da, sosial şəbəkə istifadəçiləri onun profilini müəyyənləşdiriblər. Bundan sonra qadının hesabı qısa müddətdə böyük izləyici artımı qeydə alıb. Həbsinə qədər təxminən 200 izləyicisi olan profil bir neçə gün ərzində 10 mindən çox yeni izləyici qazanıb.

Bəzi istifadəçilər ona sevgi etirafları edib, təəssüf hisslərini bildirərək xarici görünüşünü əsas gətirib və cinayətlə bağlı müzakirələr aparıblar.

Müstəntiqlər müəyyən ediblər ki, Kim ölümcül təsirə malik dərman qarışığının hazırlanması ilə bağlı məlumatları internet üzərindən axtarıb. İlkin dindirmə zamanı o bildirib ki, dərmanları zərərçəkmişlərin içkilərinə "mübahisədən sonra yuxuya getmələri" üçün əlavə edib.

Hazırda hüquq-mühafizə orqanları qadının başqa qurbanlarının olub-olmadığını araşdırır. Onun cinayət motivləri isə hələ müəyyənləşdirilməyib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.