Cümə axşamı
Fev 26

Yanukoviçin sabiq köməkçisinin qətlində şübhəli bilinən şəxs Almaniyada saxlanılıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin keçmiş müşaviri, İspaniyada güllələnən hüquqşünas Andrey Portnovun qətlində şübhəli bilinən şəxs Almaniyada saxlanılıb.

King.Az xəbər verir ki, bu barədə "Antena 3" telekanalı məlumat yayıb.

Bildirilir ki, saxlanılan şəxs Ukrayna vətəndaşıdır və qətlin birbaşa icraçısı hesab olunur. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Almaniyanın şimal-qərbində yerləşən Haynsberq şəhərində həyata keçirilən əməliyyatda İspaniya və Almaniya polisi birgə iştirak edib

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.