Çərşənbə
Fev 25

Yanvar ayında maqnit fırtınalarının sayında rekord qeydə alınıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

2026-cı ilin yanvar ayı son 10 ildə baş verən maqnit fırtınalarının sayına görə rekord qırıb.

King.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İlin ilk ayında iki G4 (çox güclü) və bir G3 (güclü) maqnit fırtınası qeydə alınıb. Qeyri-sabit geomaqnit şəraitin müşahidə olunduğu günlərin sayı isə 19-a çatıb.

Bundan əvvəl ən çox maqnit fırtınası 2022-ci ilin yanvarında qeydə alınmışdı. Maqnit pozuntularının maksimum davam etdiyi dövr isə 2017-ci ilin yanvarında olub və həmin vaxt qeyri-sabitlik 14 gün sürüb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.