Çərşənbə axşamı
Fev 24

Avstraliya Britaniyanın sabiq şahzadəsi Endryunun taxt-tac varisliyindən çıxarılmasını dəstəklədi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Avstraliya hökuməti Böyük Britaniya Kralı III Çarlzın qardaşı, keçmiş şahzadə Endryu Mauntbetten-Vindzorun Britaniya taxt-tacına varislik hüququndan məhrum edilməsini dəstəkləməyə hazır olduğunu bəyan edib.

King.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Avstraliyanın Baş naziri Entoni Albaneze britaniyalı həmkarı Kir Starmerə məktub göndərərək rəsmi Kanberranın mövqeyini çatdırıb. Məktubda bildirilir ki, amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı araşdırmaların nəticəsi olaraq, Endryunun varislikdən kənarlaşdırılması ilə bağlı istənilən təklif Avstraliya tərəfindən dəstəklənəcək. Baş nazir hadisənin tam və şəffaf şəkildə araşdırılmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, fevralın 19-da şahzadə Endryu "Epşteyn işi" çərçivəsində saxlanılıb, onun evində axtarış aparılıb. Daha sonra sərbəst buraxılan Endryu ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

Qeyd edək ki, şahzadənin varislikdən məhrum edilməsi üçün Böyük Britaniya parlamentinin qərarı və III Karlın dövlət başçısı olduğu 14 Birlik ölkəsinin, o cümlədən Avstraliya, Kanada və Yeni Zelandiyanın razılığı tələb olunur.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.