Çərşənbə axşamı
Fev 24

KİV: ABŞ səfiri Fransa XİN-in çağırışına məhəl qoymayıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ-nin Parisdəki səfiri Çarlz Kuşner Fransa Xarici İşlər Nazirliyinin çağırışına cavab verməyib. Bununla əlaqədar Fransanın xarici işlər naziri Jan-Noel Barro onun hökumət üzvləri ilə birbaşa təmaslarına məhdudiyyət tətbiq etməyi planlaşdırır.

King.Az xəbər verir ki, bu barədə AFP Fransa XİN-ə istinadən məlumat yayıb.

Nazirlik nümayəndəsinin sözlərinə görə, səfirin çağırışa gəlməməsi diplomatik etikaya zidd addım kimi qiymətləndirilib. Bununla belə, Ç.Kuşner diplomatik danışıqlar aparmaq üçün XİN-ə gələrək vəzifələrini yerinə yetirə bilər.

Agentlik bildirir ki, səfirin əvəzinə nazirliyə səfirliyin əməkdaşlarından biri gəlib. Kuşner isə iştirak etməməsini "şəxsi səbəblərlə" izah edib və onun hazırda şəhərdə olmadığı bildirilir.

ABŞ səfirliyi daha əvvəl Dövlət Departamentinin sağçı fəal Kanten Derankanın ölümü ilə bağlı araşdırma aparılmasına çağıran bəyanat yayıb. Gənc fevralın 14-də Lionda solçu antifaşistlərlə toqquşmadan iki gün sonra vəfat edib. Bundan sonra Barro Kuşneri XİN-ə çağıracağını bildirib, hadisənin Fransanın daxili işi olduğunu və siyasi məqsədlər üçün istifadə edilməsinə qarşı çıxdığını vurğulayıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.