Çərşənbə axşamı
Fev 24

Slovakiya Ukraynaya elektrik enerjisi tədarükünü dayandırıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Slovakiya Ukraynaya elektrik enerjisi tədarükü formatında göstərilən yardımı dayandırıb".

King.Az xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso "Facebook" sosial şəbəkəsində yayımladığı videomüraciətdə bildirib.

"Bu gündən etibarən, əgər Ukrayna tərəfi enerji şəbəkəsinin sabitləşdirilməsi üçün Slovakiyaya müraciət edərsə, belə yardım göstərilməyəcək", - deyə hökumət başçısı vurğulayıb.

Fitso bir neçə gün əvvəl bəyan etmişdi ki, əgər fevralın 23-də Ukrayna Prezidenti Volodimir Zelenski "Drujba" neft kəməri vasitəsilə Slovakiyaya neft tədarükünü bərpa etməzsə, Ukraynaya fövqəladə elektrik enerjisi verilməsi dayandırılacaq.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.