Çərşənbə axşamı
Fev 24

Müğənni Hadise UNICEF-lə əməkdaşlığa son qoydu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Türkiyəli müğənni Hadise UNICEF üçün hazırladığı Ramazan yardımı videosuna görə yaranan tənqidlərdən sonra qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb.

King.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Türkiyənin Qəzza və Sudanla birlikdə "yardıma ehtiyacı olan ölkələr" sırasında çəkilməsi narazılığa səbəb olub.

Tənqidlərə Türkiyə prezidentinin baş müşaviri Oktay Saral da qoşulub.

Reaksiyaların artmasından sonra Hadise sosial şəbəkələrdə ikinci açıqlama yayaraq ictimaiyyətin həssaslığını anladığını və buna hörmətlə yanaşdığını bildirib. O, bundan sonra yardım fəaliyyətlərini UNICEF-dən müstəqil şəkildə davam etdirəcəyini qeyd edib.

Müğənni xüsusilə Ramazan ayında, başda Qəzza olmaqla ehtiyacı olan uşaqlara dəstəyini müstəqil formada davam etdirəcəyini vurğulayıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.