Bazar ertəsi
Fev 23

KİV: "Netflix"in "Warner Bros Discovery"ni satın alması filmlərin kinoteatrlarda nümayiş müddətini azaldacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Warner Bros Discovery"nin (WBD) "Netflix" yayım platforması tərəfindən satın alınması filmlərin kinoteatrlarda nümayiş müddətinin azalmasına səbəb ola bilər.

King.Az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.

"Çətin vəziyyətə düşmüş kinoteatrlar ən pis günlərin arxada qaldığını düşündüyü bir vaxtda, bu satınalma sənayeni şərtlərə uyğunlaşmağa davam etməyə məcbur edə bilər", - deyə məlumatda vurğulanır.

WBD tərəfindən dəstəklənən "Netflix"in təklifində filmlər üçün 45 günlük "kinoteatr pəncərəsi"ni qoruyub saxlamaq vədi yer alıb. Agentliyin məlumatına görə, bu bəyanat "çətinlik çəkən kino sənayesini sakitləşdirmək" məqsədi daşıyır.

Qeyd edək ki, yanvarın ortalarında "Netflix" ötən ilin dekabrın 5-də tərəflər arasında razılaşdırılmış 82.7 milyard dollarlıq məbləği tamamilə nağd şəkildə ödəmək niyyətini açıqlayıb. Müqavilənin şərtlərinə görə, "Warner Bros Discovery" səhmdarları hər səhm üçün 27.75 dollar almalıdırlar.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.