Amerikalı sahibkar, "SpaceX"və "Tesla" şirkətlərinin təsisçisi İlon Mask nadir hallarda xoşbəxt olduğunu bildirib.
King.Azxəbər verir ki, o, X sosial media platformasında istifadəçinin "Sizcə, İlon Mask bizdən daha xoşbəxtdir, yoxsa sadəcə daha məşhurdur?" sualını cavablandırıb.
Milyarderin səmimiyyəti internetdə qızğın reaksiyaya səbəb olub. Əksər istifadəçilər sərvət və şöhrətin tez-tez tənhalıq, stres və heç bir pulun kompensasiya edə bilməyəcəyi böyük məsuliyyətlə müşayiət olunduğunu yazıb. Digərləri isə açıqlamanın ciddiliyini şübhə altına alaraq, bunun ironiya və ya şəxsi brendinq sxeminin bir hissəsi ola biləcəyini irəli sürüblər.