Amsterdam şəhər şurası mayın 1-dən etibarən şəhər küçələrində və ictimai nəqliyyatda yanacaq (neft məhsulları) və ət məhsullarının reklamını qadağan edib.
King.Az xəbər verir ki, bu barədə "rg.ru" məlumat yayıb.
Qadağa benzin və dizellə işləyən avtomobillərin, qazla işləyən qızdırıcıların, eləcə də bütün növ ət məhsullarının reklamına şamil olunur.
Niderland Mərkəzi Statistika Bürosunun məlumatına görə, ölkə əhalisinin təxminən 95%-i ət istehlak edir. Amsterdam şəhər şurası 2020-ci ildən etibarən oxşar reklam məhdudiyyətləri tətbiq edir və bu qadağaların genişləndirilməsi müzakirə olunurdu. Tərəfdarlar bildirirlər ki, yanacaq reklamına qoyulan qadağa mahiyyət etibarilə siqaret reklamına tətbiq edilən məhdudiyyətlərlə oxşarlıq təşkil edir.
2024-cü ildə Haarlem sakinləri sənaye üsulu ilə istehsal olunan ətin reklamını qadağan ediblər. Bu qərar əsasən fastfud müəssisələrinə təsir göstərib. Qadağalar Avropa fermerləri tərəfindən senzura və mənfi imic formalaşdırılması kimi tənqid olunub. Onlar həmçinin Avropa İttifaqının karbon emissiyalarının azaldılması planına və kənd təsərrüfatına tətbiq edilən sərt məhdudiyyətlərə qarşı etiraz aksiyaları keçiriblər.