ABŞ bütün dünyada yerləşdirdiyi hərbi gəmilərinin təxminən dörddə birini Yaxın Şərqə göndərib.
King.Az xəbər verir ki, bu barədə "Politico" nəşri ABŞ Hərbi-Dəniz İnstitutunun məlumatlarına istinadən yazıb.
Nəşrin məlumatına görə, hazırda regionda ABŞ-nin 17 hərbi gəmisi yerləşir. Bu isə dünya üzrə yerləşdirilmiş təxminən 68 hərbi gəminin 25 faizinə bərabərdir.
Bildirilib ki, bütün hərbi qüvvələrin regionda yerləşdirilməsi martın ortalarınadək başa çatacaq.