Şənbə
Fev 21

İsveç vətəndaşlarına İranı tez tərk etməyi tövsiyə edib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İsveç hökuməti regionda vəziyyətin pisləşməsi və mümkün eskalasiya riski ilə əlaqədar vətəndaşlarına mümkün qədər tez İranı tərk etməyi tövsiyə edib.

King.Az xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi sürətlə dəyişən təhlükəsizlik mühitinə diqqət çəkərək müvafiq xəbərdarlıq yayıb.

Bəyanatda vurğulanır ki, münaqişənin kəskinləşməsi halında ölkədən çıxış imkanları məhdudlaşa bilər. Bu səbəbdən İsveç vətəndaşlarına səfəri təxirə salmamaq və ölkəni mümkün qədər tez tərk etmək tövsiyə olunur.

İranda qalmağa qərar verən şəxslərə isə yüksək dərəcədə ehtiyatlı olmaq, təhlükəsizlik qaydalarına əməl etmək və rəsmi məlumatları diqqətlə izləmək məsləhət görülür.

Stokholmun bu çağırışı Vaşinqtonda Tehrana qarşı müxtəlif hərbi ssenarilərin nəzərdən keçirildiyi barədə yayılan məlumatlar fonunda səsləndirilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.