Almaniyanın "Deutsche Welle" beynəlxalq yayım şirkəti 21 milyon avro məbləğində maliyyə çatışmazlığı səbəbindən yayım həcmini azaldacağını açıqlayıb.
King.Az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 60 ildən sonra ilk dəfə olaraq yunan dili xidməti fəaliyyətini dayandıracaq, digər dillərdə isə jurnalist materiallarının həcmi azaldılacaq.
Qənaət tədbirlərinin tam ştat üzrə 160 vəzifəyə təsir edəcəyi gözlənilir, lakin ixtisarlar planlaşdırılmır. Qərar 2026-cı il üçün federal subsidiyaların 10 milyon avro azaldılmasından sonra qəbul edilib. Bundan əlavə, əməkhaqqı artımı səbəbindən 11 milyon avro məbləğində əlavə vəsait çatışmazlığı yaranıb.
Yunandilli xidmətlə yanaşı, alman dilində əsas bölmələrin - xəbər xidməti və "Deutsch Lernen" dil xidmətinin birləşdirilməsi planlaşdırılır. Onların ümumi büdcəsi iki dəfə azaldılacaq.
Oxşar Mövzular

Ronaldu dəbdəbəli malikanəsini satmaq istəyir
10-01-2026, 12:07
ABŞ Venesuelanın yeni liderinin qarşısında dörd tələb qoydu
6-01-2026, 15:24İnfarkta səbəb olan içki barədə XƏBƏRDARLIQ
8-02-2025, 13:57