Cümə
Fev 20

KİV: Britaniya ABŞ-yə öz bazalarından İrana zərbələr endirməyə icazə vermir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Böyük Britaniya hökuməti ABŞ-yə öz hərbi hava bazalarından İrana zərbələr endirmək üçün icazə vermir.

King.Az bildirir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadən xəbər verir.

Qəzetin məlumatına görə, ABŞ-nin İrana zərbə planlarına İngiltərənin Qlosterşir qraflığındakı Feyrford və Hind okeanındakı Dieqo-Qarsiya adasında Britaniya hərbi hava bazalarının istifadəsi daxildir.

Hər iki obyekt uzun illərdir ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunur. Lakin Britaniya və ABŞ arasında uzun müddətdir mövcud olan sazişə uyğun olaraq, onların amerikalılar tərəfindən hərbi əməliyyatlar üçün istifadəsi Londonun ilkin razılığını tələb edir.

Qeyd edilir ki, Böyük Britaniya hökuməti ABŞ-nin İrana zərbəsinin beynəlxalq hüququn pozulması kimi qəbul olunacağından ehtiyat edir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.