Cümə axşamı
Fev 19

İsrail müharibəyə hazırlaşır: Tehran raket zərbələri endirə bilər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İsrail Müdafiə Ordusu (SAXAL) ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatlarında iştirak etməsə belə, Tehranın Tel-Əvivə raket zərbələri endirəcəyi gözlənilir. Bu səbəbdən İsrail hökuməti təcili yardım xidmətlərinə və hərbi komandanlığa müharibəyə hazırlaşmaq tapşırığı verib.

King.Az xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı məlumat yayıb.

Jurnalistlərin əldə etdiyi məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə İrana qarşı genişmiqyaslı hərbi zərbələr endirməyi planlaşdırır. Lakin hücumun dəqiq vaxtı məlum deyil və qərar verildikdən sonra da planlarda dəyişiklik edilə bilər.

"Yaranmış vəziyyətlə əlaqədar olaraq təcili yardım xidmətlərinə və hərbi komandanlığa müharibə hazırlığı əmri verilib. Müxtəlif təhlükəsizlik qurumları ölkədə ən yüksək müdafiə hazırlığı səviyyəsini elan ediblər", - deyə məlumatda qeyd olunur.

Eyni zamanda, portalın iddiasına görə, Tramp administrasiyasının rəsmiləri Tehranın nüvə danışıqlarını qəsdən təxirə saldığına və Vaşinqtonu çaşdırmağa çalışdığına inanırlar.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.