Abşeron rayonunun Xırdalan şəhərində xilasedicilərin operativ müdaxiləsi sayəsində faciənin qarşısı alınıb.
King.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə yaşayış binasında 2022-ci il təvəllüdlü azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar.
Xilasedicilər alpinist ləvazimatlarından istifadə edərək 12 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsinə qalxıblar. Eyvandan mənzilə daxil olan xilasetmə qrupu giriş qapısını açaraq azyaşlını valideynlərinə sağ-salamat təhvil veriblər.
Oxşar Mövzular

Gökhan Gönül və Aref Qafuri saxlanıldılar
2-12-2025, 15:11Bu gün BMT Baş Assambleyasında yüksəksəviyyəli debatlar başlayır
23-09-2025, 13:30
Gündəlik Bürclər-(17.08.2025)
17-08-2025, 00:00