Cümə axşamı
Fev 12

"Paramount" rəqibinin 2,8 milyard dollar borcunu ödəməyə hazırdır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Paramount Skydance" şirkəti səhmdarlar üçün bir sıra maliyyə təşviqləri əlavə edərək "Warner Bros. Discovery" ilə bağlı təklifini gücləndirib.

King.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, "Paramount" səhmdarlara hər səhmə görə 25% həcmində gözləmə haqqı təklif edib ki, bu da rüblük təxminən 650 milyon dollara bərabərdir. Şirkət, həmçinin bildirib ki, əgər "Warner Bros. Discovery"nin "Netflix"lə 82.7 milyard dollarlıq müqaviləsi baş tutmasa, 2.8 milyard dollar məbləğində borcu ödəməyə hazırdır.

Ümumi təklifin dəyəri səhm başına 30 dollar, borc daxil olmaqla isə 108.4 milyard dollar təşkil edir. Müqavilə reallaşarsa, "Taxt oyunları", "Harri Potter", DC qəhrəmanları kimi məşhur franşizalar və geniş kataloq da əldə olunacaq.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.