Cümə axşamı
Fev 12

Məşhur aktyor Ceyms Van Der Bik vəfat edib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Douson buxtası" serialında Douson Liri rolu ilə milyonların qəlbini fəth edən aktyor Ceyms Van Der Bik 48 yaşında dünyasını dəyişib.

King.Az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" nəşri onun ailəsinin sosial şəbəkələrdəki paylaşımlarına istinadən məlumat yayıb.

Qeyd edək ki, 2023-cü ildə həkimlər Van Der Bikdə bağırsaq xərçəngi aşkar etmişdilər, 2024-cü ildə isə o, diaqnozu barədə ictimaiyyətə açıq məlumat vermişdi.

Aktyor 1997-ci ildə "Douson buxtası" serialındakı rolu ilə, yanaşı "Cazibə qanunları" və "Cey və susqun Bob cavab zərbəsi endirirlər", "Ananızla necə tanış oldum", "Cani kimi düşünmək", "Tənha ağaclı təpə", "23 nömrəli mənzildəki ifritəyə inanma", "Mərhəmət" və "Daha yaxşı həyatı olan dostlar" film və seriallarındakı rolları ilə tanınıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.