Cümə axşamı
Yan 22

Putin: "Rusiya ABŞ-dəki dondurulmuş aktivlərini Sülh Şurasına və Ukraynada bərpa işlərinə yönəldə bilər"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Moskva Vaşinqtonla Ukraynada nəzarətə almış ərazilərdə bərpa işləri üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmək ideyasını müzakirə edir.

King.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında açıqlayıb.

O qeyd etdi ki, Moskva əvvəlki ABŞ administrasiyası dövründə dondurulmuş Rusiya aktivlərindən 1 milyard dolları Qəzza ilə bağlı Sülh Şurasına göndərə bilər.

"Yeri gəlmişkən, ABŞ-dəkı dondurulmuş aktivlərimizdən qalan vəsait Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi bağlandıqdan sonra döyüşlər zamanı dağıdılmış ərazilərin bərpası üçün istifadə edilə bilər. Biz bu ehtimalı ABŞ administrasiyasının nümayəndələri ilə də müzakirə edirik", - Putin bildirib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.