"Lerik rayonuna yağan qar örtüyünün hündürlüyü 1 metrdən artıqdır".
Bu barədə King.Az-a Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini - Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov deyib.
Komissiya sədri bildirib ki, hazırda qarın yağması davam edir:
"Rayonun mərkəzində qar örtüyünün hündürlüyü 60 santimetrdən artıqdır. Rayonun bəzi ucqar ərazilərində isə qarın hündürlüyü 1 metrdən çoxdur. Rayonun aidiyyəti qurumları səfərbər edilib, yollar qardan təmizlənir. Hazırda əsas yollarda avtomobillərin hərəkəti təmin edilib".
Oxşar Mövzular
Günəşdə 47 dəqiqə davam edən iki partlayış olub
18-10-2025, 16:00
İsrail İran təhdidinə qarşı BƏƏ-yə müasir silahlar göndərib
1-05-2026, 13:56
