Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) Danimarka və Kanada ilə üçtərəfli müdafiə tərəfdaşlığını gücləndirmək üçün Qrenlandiyaya xüsusi təyyarənin yollanacağını bəyan edib.
King.Az xəbər verir ki, bu barədə NORAD-ın sosial media hesabında məlumat yayılıb.
Rəsmi açıqlamaya görə, təyyarə Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Pituffik bazasına eniş edəcək, planlaşdırılan əməliyyatları dəstəkləmək üçün ABŞ və Kanadada yerləşən aviasiya qrupları ilə birlikdə fəaliyyət göstərəcək.
Bildirilib ki, avadanlıqların yerləşdirilməsi Danimarka hökuməti ilə tam şəkildə razılaşdırılıb.
Qrenlandiyanın hakimiyyət orqanları da həyata keçiriləcək manevrlər barədə əvvəlcədən məlumatlandırılıb.
Oxşar Mövzular

Qrenlandiya dilemması: Həqiqətin kölgəsində qalan alyans
19-01-2026, 15:29Yer kürəsinin yanından keçən ulduz planetin donmasına səbəb ola bilər
30-05-2025, 11:07David Guetta Hey Mama ERS REMIX
20-05-2025, 11:04