Şənbə
Yan 17

KİV: Ramzan Kadırovun oğlu Qroznıda baş verən ağır qəzadan sonra Moskvaya aparılıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Çeçenistan lideri Ramzan Kadırovun oğlu Adam düşdüyü ağır qəzadan sonra Moskvaya aparılıb.

King.Az-ın "FlightRadar"a istinadən verdiyi məlumata görə, Adam Kadırovun olduğu, Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus "An-148-100-EM" təyyarə Moskva vaxtı ilə saat 01:10-da (Bakı vaxtı ilə saat 02:10 - red.) Vnukovoya eniş edib. Ramzan Kadırovun təyyarəsi onu yaxından izləyib.

Qeyd edək ki, 18 yaşlı Adam Kadırov Qroznıda ağır qəzaya düşüb və bundan sonra huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

İlkin məlumata görə, Adam Kadırovun kortejindəki nəqliyyat vasitələri yüksək sürətlə hərəkət edərkən qəfildən maneəyə çırpılıb. Bu, zəncirvari qəzaya səbəb olub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.