Çərşənbə axşamı
Yan 13

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanat imzalayacaqlar

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Marko Rubio Tramp marşrutunun (TRIPP) həyata keçirilməsi ilə bağlı birgə bəyanat imzalayacaqlar.

King.Az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan sosial mediada paylaşım edib.

Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri 13-14 yanvar tarixlərində ABŞ-yə işgüzar səfər edəcək. "Səfər zamanı ABŞ Dövlət katibi Marko Rubio ilə görüş planlaşdırılır. TRIPP-in tətbiq çərçivəsi ilə bağlı Birgə Bəyanatın qəbul edilməsi gözlənilir", - deyə Badalyan bildirib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.