Çərşənbə axşamı
Yan 13

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində taktiki təlim keçirilib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

2026-cı il üçün hazırlıq planına uyğun olaraq, "N" saylı hərbi hissəsində mürəkkəb taktiki təlim uğurla həyata keçirilib.

King.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi Məlumat yayıb.

Qeyd olunub ki, səhra şəraitində qurulan komanda idarəetmə məntəqəsində bölmələrin tapşırıqların icrası ilə bağlı fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib və komandir heyətinin qəbul etdikləri qərarlar haqqında ətraflı məruzələr dinlənilib.

Təlimin əsas məqsədi komandir heyətinin çevik qərar qəbuletmə qabiliyyətlərini təkmilləşdirmək və müxtəlif qərargahlar arasında koordinasiyanı gücləndirməkdir. Bununla yanaşı, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi və şəxsi heyətin səhra şəraitində praktiki vərdişlərinin inkişaf etdirilməsi də prioritet məsələlər sırasında olub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.